Azərbaycan badmintonçusu “VI Jamaica International-2020” turnirində iştirak edir
Martın 5-də Yamaykanın paytaxtı Kinqstonda Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun iştirak etdiyi “VI Jamaica International-2020” turnirinə start verilib.

Təmsilçimiz mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq. E.Dviçayo birinci görüşündə yerli idmançı Dennis Koke ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirdə 60 idmançı iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Xəbər 948 dəfə oxundu.