Bakıda keçiriləcək “Boyük dəbilqə” turnirinin posterində Azərbaycan cüdoçularının şəkilləri yer alıb
Beynəlxalq Cüdo Federasiyası Bakıda mayın 8-9-da keçiriləcək “Boyük dəbilqə” turnirinin posterini ictimaiyyətə təqdim edib.

Posterdə Azərbaycanın məşhur cüdoçuları Rüstəm Orucov (73 kq), İrina Kindzerskaya (+78 kq) və Hidayət Heydərovun (81 kq) şəkilləri yer alıb.

Bakıda keçiriləcək “Boyük dəbilqə” turnirində indiyədək dünyanın 41 ölkəsindən 155 idmançı iştirakını təsdiqləyib.

Xəbər 902 dəfə oxundu.