Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunları keçiriləcək
Martın 5-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunları keçiriləcək.

İkinci turda Zeynəb Məmmədyarova Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva Xanım Balacayeva, Səbinə Rzalı Mələk İsmayıl, Gövhər Beydullayeva Xəyalə Abdulla, Gülnar Məmmədova isə Ayan Allahverdiyeva ilə üz-üzə gələcək.

Birinci turda Z.Məmmədyarova, S.Rzalı, X.Abdulla 1 xal, digərləri isə 0,5 xal toplayıblar. Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.

Xəbər 831 dəfə oxundu.