“Azərreyl” İtaliya millisinin liberosu aldı
“Azərreyl” növbəti transferini reallaşdırıb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, “dəmiryolçular” İtaliya millisinin liberosu Luna Karokki anlaşıb.

23 yaşlı voleybolçu ilə 1 illik müqavilə nəzərdə tutulub. Son mövsümü “A” seriyasında “Villa Korteze”də keçirən Karokkinun bu günlərdə rəsmi müqaviləyə imza atacaq.

“Rabitə”nin yeni baş məşqçisi Marçello Abbondanzanın rəhbərliyi altında “Villa Kortese” ilə İtaliya çempionatının gümüş medalını qazanan və Çempionlar Liqasının “dördlər finalı”nda oynayan 174 sm boya malik libero peşəkar karyerasına 2004-də başlayıb. Son mövsümə kimi çıxış etdiyi klublardan isə ən möhtəşəmi “Yamamay” hesab olunur.

2011-ci ildən millilərinə dəvət olunan Luna gənclər yığmasında da oynayıb və 2006-cı ildə Avropa çempionu olub.

Bununla, “Azərreyl”in yeni voleybolçularının sayı 8-ə çatıb. Yeni italiyalı baş məşqçi Alessandro Çiapininin rəhbərliyi altında Çempionlar Liqasında çıxış edəcək Bakı klubu Karokkidən öncə Yeon Kinq Kim (Cənubi Koreya), Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Akiko İno (Yaponiya), Milena Radeçka (Polşa) və Meqan Hodjla (ABŞ) güclənib.

Xəbər 986 dəfə oxundu.