Gürcüstan “AGF Junior Trophy” beynəlxalq turnirində 1 idmançı ilə təmsil olunacaq
Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 7 ölkədən gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Gürcüstan millisi turnirdə bir idmançı ilə çıxış edəcək. Qonşu ölkəni turnirdə Daçi Dolidze təmsil edəcək.

Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.

Xəbər 830 dəfə oxundu.