Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb
Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən Super Liqa, Yüksək Liqa, həmçinin Birinci Liqanın martın 4-10-da keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Xəbər 839 dəfə oxundu.