Azərbaycanın cüdo hakimləri Avropa kuboku yarışlarını idarə ediblər
Ötən həftə cüdo üzrə böyüklərin Varşava, yeniyetmələrin Antalyada Avropa kuboku turnirlərini idarə edən ədalət təmsilçiləri arasında Azərbaycan hakimləri də yer alıblar.

Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov Polşanın Varşava şəhərində keçirilən böyüklər arasında Avropa kuboku yarışlarında görüşləri idarə edib. Daha bir beynəlxalq dərəcəli referimiz Nazim Umbayev isə Antalyada baş tutan yeniyetmə cüdoçuların qitə kuboku yarışında ədalət təmsilçisi olub.

Hər iki hakimimiz yarış ərəfəsində baş tutan beynəlxalq seminarlarda da iştirak edib.

Xəbər 880 dəfə oxundu.