“Avro-2020”nin Bakı könüllü komandası Rusiyada səfərdə olub
“Avro-2020”nin Bakı könüllü komandası Rusiyada səfərdə olub.

Komanda “Qazprom Arena”da Rusiya Premyer Liqası çərçivəsində keçirilmiş “Zenit”-“Lokomotiv” oyununun təşkilində iştirak edib. Həmyerlilərimiz, eyni zamanda, “Zenit” könüllüləri ilə görüşdə müşahidəçi kimi fəaliyyət göstəriblər.

“Avro-2020”nin Bakıda keçiriləcək 3 oyununun (Uels–İsveçrə, Türkiyə–Uels, İsveçrə–Türkiyə) və 1 dörddəbir final qarşılaşmasının təşkilati işlərində müxtəlif sahələr və funksiyalar üzrə 2020 könüllü çalışacaq.

AFFA tərəfindən 2019-cu ilin iyunundan könüllülərin qeydiyyat mərhələsinə start verilmişdi. Beş ay ərzində 6 min 797 könüllü namizəd qeydiyyatdan keçmişdi. Müraciət sayına görə, Bakı Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.

Xəbər 704 dəfə oxundu.