“AGF Junior Trophy” beynəlxalq turnirində ölkəmizi beş gimnast təmsil edəcək
Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 7 ölkədən gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Turnirdə ölkəmizi Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edəcəklər.

Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.

Xəbər 837 dəfə oxundu.