Futzal üzrə Yüksək Liqada XVIII turun oyunlarına hakim təyinatları açıqlanıb
Futzal üzrə Yüksək Liqada XVIII turun oyunlarına hakim təyinatları açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları martın 5-də keçiriləcək.

Tura “Xızı”-EKOL oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Əli Cəbrayılov olacaq.

Saat 14:00-da start götürəcək “Yasamal”-“Marafon” qarşılaşması Anar Fərəcova tapşırılıb.

“Bakı”-“Baku Fire” oyununda Rahin Heybətov ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.

“Premier”-“Neftçi” arasında keçiriləcək oyuna Kənan Məlikov təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.

Tura “Araz”-“Record” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Knyaz Əmiraslanov olacaq.

Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.

Qeyd edək ki, on dörd turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar.

Xəbər 715 dəfə oxundu.