Azərbaycan millisi Millətlər Liqası turnirinə Lüksemburq ilə oyunla başlayacaq
Futbol üzrə UEFA Millətlər Liqası turnirində Azərbaycan milli komandasının yer aldığı 1-ci qrupun oyunlarının təqvimi açıqlanıb.

Martın 3-də Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkə əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə qarşılaşacaq.

Millimiz ilk oyununu doğma meydanda sentyabrın 5-də Lüksemburq yığmasına qarşı keçirəcək. Üç gün sonra futbolçularımız Kipr seçməsinin qonağı olacaqlar. Oktyabrın 9-da Monteneqro millisi Azərbaycan komandasını qəbul edəcək. Üç gün sonra Azərbaycan–Kipr oyunu keçiriləcək. Noyabrın 12-də

Azərbaycan millisi Monteneqro yığmasını qəbul edəcək. Millimiz turnirin qrup mərhələsində sonuncu oyununu səfərdə Lüksemburqa qarşı keçirəcək. Matç noyabrın 15-də keçiriləcək.

Xəbər 797 dəfə oxundu.