Yola getməyən iki ulduz
Avro-2012-də iki fərqli yığmada mübarizə aparan, «Bavariya»da isə komanda yoldaşı olan Aryen Robben və Frank Riberi bir o qədər də yola getmirlər.

İdman.com.az saytı xəbər verir ki, Fransa millisinin ulduzu Riberi niderlandlı Robbenlə münasibətlərindəki müşküllükləri özü etiraf edib. O bu cür münasibətin həm meydanda, həm də futboldan kənar həyatda olduğunu da söyləyib: «Etiraf etməliyəm ki, Aryen ilə heç də yaxşı yoldaş deyilik. Tamamilə fərqli insanlarıq. Ancaq peşəmiz bir yerdə olmamızı tələb edir».

Riberi eyni məqsəd uğrunda oynadıqları zaman şəxsi münasibətləri kənara qoymaq məcburiyyətində qaldıqlarını deyib. Xüsusilə ötən mövsümdə matçlarda tez-tez atışmaları ilə gündəmə gələn bu futbolçular hətta klubun baş məşqçisi Yupp Heynkessin yanında belə dalaşmaqdan çəkinmirdilər. İndi görən Avropa çempionatında rəqib kimi üz-üzə gələrlərsə, onlar meydanda münasibətlərini necə aydınlaşdıracaqlar?

Xəbər 915 dəfə oxundu.