"Azərreyl" komandası Super Liqada növbəti qələbəsini qazanıb
Martın 3-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında iki oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində meydana əvvəlcə “Abşeron” və “Mübariz” komandaları çıxıblar. Görüş "Abşeron"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda isə “Azərreyl” və UNEC komandaları üz-üzə gəlib. Bu dəfə "Azərreyl" fərqlənməyi bacarıb - 3:0.
Hesabında 21 xal olan "Azərreyl" turnir cədvəlinin birinci pilləsində yer alıb. "Abşeron" 18 xalla ikinci pillədə qərarlaşıb. "Mübariz" isə 9 xalla üçüncüdür.


Xəbər 828 dəfə oxundu.