Emil Balayev karyerasını “Zirə”də davam etdirəcək
Futbol üzrə milli komandamızın qapıçısı Emil Balayev karyerasını ölkəmizdə davam etdirəcək.

25 yaşlı qapıçı Premyer Liqa təmsilçisi “Zirə” ilə müqavilə imzalayıb. E.Balayev cari mövsümün sonunadək paytaxt klubunun qapısını qoruyacaq.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan E.Balayev daha əvvəl “Neftçi”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Ayntraxt” (Almaniya, Frankfurt), “Səbail” və “Tobol” (Qazaxıstan) klublarının da şərəfini qoruyub.

Xəbər 730 dəfə oxundu.