Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb
Martın 3-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb.

Püşkatma mərasimində martın 4-də start götürəcək ölkə çempionatında şahmatçıların rəqibləri müəyyənləşib.

Turnirə martın 4-də start veriləcək. Doqquz turdan ibarət turnirdə 10 şahmatçı dairəvi sistem üzrə mübarizə aparacaq.
Çempionat Azərbaycan Şahmat Federasiyasının binasında təşkil ediləcək.

Xəbər 789 dəfə oxundu.