Futbol üzrə I Divizionda “Turan Tovuz” – MOİK görüşü təxirə salınıb
Azərbaycan Peşəkar Futbol Liqasının I Divizionunda martın 6-da keçirilməli olan “Turan Tovuz”–MOİK görüşü koronavirusa görə təxirə salınıb.

MOİK-in rəhbərliyi martın 3-də PFL-ə müraciət edərək XVIII turda keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti nəzərə alaraq həmin oyunu təxirə salıb. Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Qeyd edək ki, Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.

Xəbər 853 dəfə oxundu.