Azərbaycan Premyer Liqasının XIX turunun rəmzi komandası açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun rəmzi komandası müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında müəyyənləşən rəmzi komandanın heyətinə “Sumqayıt”dan 4, “Qarabağ”dan 4, “Qəbələ”dən 2 və “Sabah”dan 1 futbolçu daxil edilib.

Rəmzi heyətdə Saşa Stamenkoviç (“Sabah”), Qismət Alıyev, İviça Juniç (“Qəbələ”), Maksim Medvedev (“Qarabağ”), Camaləddin Xocaniyazov, Aleksey İsayev, Rəhim Sadıxov (“Sumqayıt”), Abdulla Zubir, Xayme Romero, Kvabene Ovusu (“Qarabağ”) və Peyman Babayi (“Sumqayıt”) yer alıblar.

Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 34 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Sabah” (21), “Zirə” (20), “Səbail” (20) və “Qəbələ” (16) yer alıblar.

Turun növbəti oyunları martın 7-8-də keçiriləcək.

Xəbər 744 dəfə oxundu.