Qismət Alıyev Azərbaycan çempionatının XIX turunun ən yaxşı futbolçusu seçilib
Azərbaycan Premyer Liqasında XIX turun ən yaxşı futbolçusu müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIX turunun ən yaxşı futbolçusu “Qəbələ”nin müdafiəçisi Qismət Alıyev seçilib. Region təmsilçisinin müdafiəçisi “Zirə”yə qarşı görüşdə (1:2) 90 dəqiqə meydanda olub.

Q.Alıyev XIX turun rəmzi komandasında da yer alıb.

Xəbər 710 dəfə oxundu.