AFFA-nın prezidenti Millətlər Liqasının 2020-2021-ci il mövsümünün püşkatma mərasimində iştirak edəcək
Martın 3-də Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqası turnirinin 2020-2021-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, tədbirdə AFFA-nın prezidendi Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak edəcəklər.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00 başlayacaq.

Xəbər 699 dəfə oxundu.