Azərbaycan qılıncoynadanı Macarıstan Qran-Pri yarışlarında iştirak edəcək
Martın 6-8-də Macarıstanın paytaxtı Budapeştdə qılıncoynatma üzrə Qran-Pri yarışları keçiriləcək.

Turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edəcək. İdmançımız baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə 63 ölkədən 313 idmançı birincilik uğrunda yarışacaq.

Xəbər 901 dəfə oxundu.