Vüqar Həşimov Şahmat Akademiyasında “Balaca çempionlar” şahmat yarışı keçiriləcək
Martın 7-dən 9-dək Vüqar Həşimov Şahmat Akademiyasında “Balaca çempionlar” şahmat yarışı keçiriləcək.

4-6 yaşlı uşaqlar arasında təşkil olunacaq turnir 7 turdan ibarət olacaq.

Turnirdə iştirak etmək üçün indiyədək 64 şahmatçı qeydiyyatdan keçib.

Xəbər 832 dəfə oxundu.