Binəqədidə məktəblər arasında dördnövçülük birinciliyi keçirilib
20-21 fevral tarixlərində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 244 saylı tam orta məktəbdə 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş rayon orta ümumtəhsil məktəbləri arasında dördnövçülük birinciliyi keçirilib.

Yarışın yekun nəticələrinə görə birinci yerə 244 saylı, ikinciyə 99 saylı, üçüncüyə 298 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 870 dəfə oxundu.