Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı başlayıb
Martın 11-də qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa yığması ilə qarşılaşacaq.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz oyuna hazırlıq məqsədilə martın 3-də Bakıda təlim-məşq toplanışına başlayıb.

Martın 11-dək davam edəcək hazırlıq prosesində Aytac Şərifova (“Hakkarigücü”, Türkiyə), Elvira Əsgərzadə (8-İOEUGİM), Nigar Mirzaliyeva (“Balxurma”), Kamilla Məmmədova (“Uğur”), Nərgiz Hacıyeva, Yeliz Acar

(“Fatih Vatan”, Türkiyə), Jalə Məhsimova (“Zenit”, Rusiya), Alina Dorofeyeva, (“Yenisey”, Rusiya), Salome Qasviani (“Lançxuti”, Gürcüstan), Ayşən Əhmədova (“Okjetpes”, Qazaxıstan), Roza Quliyeva (“Nike”, Gürcüstan), Neslihan

Bozkaya (“Kemer”, Türkiyə), Nazlıcan Parlak (“Piros Security”, Rumıniya), Kristina

Bakarandze (“Hakkarigücü”, Türkiyə), Aysun Əliyeva (“Fatih Vatan”, Türkiyə), Rövşanə Sərdarlı (“Nike”, Gürcüstan), Sona Rəhimova, Aytac Nemətova (8-İOEUGİM), Firəngiz Teymurova (“Uğur”), Coşqunə Əliyeva (“Balxurma”), Mislina

Gözükara (“ALG Spor”, Türkiyə) iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan-Polşa oyunu martın 11-də saat 18:00-da “ASK Arena”da keçiriləcək.

Xəbər 678 dəfə oxundu.