Şahmatçılar beynəlxalq “Bahar” festivalında mübarizəyə başlayıblar
Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalı start götürüb.

Yarışda artıq birinci turun oyunları keçirilib. Birinci turda 12 şahmatçı qələbə əldə edərək liderlər qrupunda yer alıb. Yaş və dərəcə məhdudiyyətinin tətbiq edilmədiyi turnirdə 36 şahmatçı iştirak edir.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olan turnirdə şahmatçılar 1-ci, 2-ci və 3-cü dərəcə normalarını da yığa biləcəklər.


Xəbər 809 dəfə oxundu.