Binəqədidə poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
Fevralın 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 244 saylı tam orta məktəbdə rayon orta ümumtəhsil məktəbləri arasında “Marş irəli” devizli “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Yekun nəticələrə görə, birinci yerə 244 saylı, ikinciyə 157 saylı, üçüncüyə 301 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 867 dəfə oxundu.