Respublika Şahmat Mərkəzində mühəndislər arasında keçirilən blits turnirinin qalibləri müəyyənləşib
Respublika Şahmat Mərkəzində mühəndislər arasında blits turnir keçirilib. Beynəlxalq usta, Əməkdar məşqçi, FIDE məşqçisi Orxan Abdulovun təşkilatçılığı ilə keçirilən turnirdə 28 şahmatçı mübarizə aparıb.

Kişilər arasında 7 turdan 6,5 xal toplayan Ədalət Umudov birinci yeri tutub. Qadınlar arasında isə 3 xalla birinci yerə Xumar Məhərrəmova layiq görülüb.

İsveçrə sistemi üzrə keçirilən turnir 7 turdan ibarət olub.

Xəbər 803 dəfə oxundu.