Azərbaycan Voleybol Federasiyasının baş əlaqələndiricisi yeni təyinat alıb | |
Azərbaycan Voleybol Federasiyasının baş əlaqələndiricisi Zöhrab Gözəlbəyliyə yeni təyinat alıb. Z.Gözəlbəyli kişi komandaları arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Zenit” (Rusiya)-“Hypo Tirol Alpenvolleys Haching” (Avstriya) matçının supervayzeri olacaq. Qeyd edək ki, oyun martın 3-də Sankt-Peterburqdakı “Sibur Arena”da təşkil ediləcək. |
|
Xəbər 824 dəfə oxundu. |
|
|