Avro-2012: Morten Olsen öpüşməyə də icazə vermir
Qitə çempionatında «ölüm qrupu»na düşüb start oyunundan sensasiya edən Danimarka yığmasının bu uğurunda yəqin ki, baş məşqçi Morten Olsenin qadağaları da rol oynayıb. İdman.com.az saytının məlumatına görə, alman həmkarından fərqli olaraq, baş məşqçi yığmanın oyunçularına sərbəstlik verməyib, onlara seksual qadağalar edərək, qarşılarına 7 şərt qoyub.

Bu şərtlər arasında matç əvvəli həyat yoldaşları və sevgililərini görməyə qadağa da var. Oyunçular öz yarıları ilə yalnız matçdan sonra qısa bir müddətə görüşə biləcəklər. Ancaq onlarla sekslə məşğul olmağa imkan tapa bilməyəcəklər və tez bir şəkildə yanlarından ayrılmaq məcburiyyətində qalacaqlar. Futbolçulara xanımları ilə öpüşməyə də icazə verilmir. Hətta nə vaxt hansı oyunçuya görüş verilməsi də Olsenin siyahısı üzrə həyata keçiriləcək.

Ümumiyyətlə, qadağaların siyahısı belədir:
1) Sevgililəri, həyat yoldaşlarını və uşaqları yalnız otelin holunda ziyarət edə biləcəklər, otaqda görüşmə qadağandı. Ziyarətə kimlərin gəlməsi Olsenə bildiriləcək. Seks və öpüşmək qadağandır.
2) Spirtli içkilərdən oyunçular yatmazdan əvvəl bir qədəh şərab ya da pivə içə biləcəklər. Otelin barında sərxoş olacaq dərəcədə içmək və ya otağa gizli içki aparmaq qadağandır.
3) Siqaret istifadəsi üçün qadağa qoyulmayıb. Çünki millidə siqaret çəkən yoxdur.
4) Twitter və Facebook kimi ictimai şəbəkələr oyunçulara qadağandı. (Almanlarda pərəstişkarları ilə yazışmaq sərbəstdi).
5) İcazə verildiyi zaman gəzməyə çıxmaq olar. Lakin ən gec 23:30-da otaqda olmaq şərti ilə.
6) Rəsmi dəvətlərdə kostyum geyiniləcək.
7) Otaqdan kənarda mobil telefondan istifadə etmək qadağandır.

Xəbər 1214 dəfə oxundu.