Futbol üzrə Almaniya millisinin nümayəndələri AFFA-da olub
Futbol üzrə “Avro-2020”nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıya səfər etməkdədir.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Almaniya yığmasının meneceri Maike Seuren və komandanın səyahət meneceri Mattias Qrimm Bakı Olimpiya Stadionuna, Tofiq Bəhramov adına Respublika stadionuna, həmçinin paytaxtımızdakı hotellərə baxış keçiriblər.

Almaniyalı qonaqla AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, “Avro-2020” barədə fikir mübadiləsi aparıblar.

Niderland milli komandasının da nümayəndələri Bakıya gəlib, Bakı Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat Qrupu tərəfindən Fan Zona barədə qonaqlara ətraflı məlumat verilib.

Xatırladaq ki, “Avro-2020”nin A qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.

Xəbər 955 dəfə oxundu.