Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada dörd medal qazanıblar
Antalyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirində Azərbaycan komandası daha bir medal qazanıb.

Yarışların ikinci günündə Nərmin Əmirli (+70 kq) bürünc medala layiq görülüb.

Beləliklə, komandamızın Avropa kuboku turnirində qazandığı medalların sayı dördə çatıb.

Qeyd edək ki, yarışların birinci günündə Murad Gülməmmədov (50 kq) gümüş, Seymur Məcidli (60 kq) və Lətifə Abbasova (48 kq) bürünc medal qazanıblar.

Avropa kubokunda 16 ölkədən 500-dən çox cüdoçu mübarizə aparıb.

Xəbər 1176 dəfə oxundu.