Qılıncoynadanlarımız Avropa çempionatında komanda yarışında qüvvələrini sınayacaqlar
Martın 1-də qılıncoynatma üzrə Azərbaycanın oğlanlardan ibarət şpaqa üzrə milli komandası Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında komanda yarışında qüvvələrini sınayacaqlar.

Ölkəmizi bu yarışda Ruslan Həsənov, Fərrux Səfərov, Xalid Əliyev və Barat Quliyev təmsil edəcək.

Gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatına martın 2-də yekun vurulacaq.

Xəbər 893 dəfə oxundu.