Varşavada keçirilən açıq Avropa turnirində cüdoçumuz bürünc medal qazanıb
Varşavada cüdoçular arasında keçirilən açıq Avropa turnirinin günündə Azərbaycan komandası ilk medalını qazanıb.

Azərbaycanı 60 kiloqram çəki dərəcəsində təmsil edən Yaşar Nəcəfov bürünc medala layiq görülüb. Qitə yarışında ölkəmizi 18 cüdoçu təmsil edir. Yarışda 40 ölkədən 400-dən çox cüdoçu iştirak edir.
Turnir martın 1-dək davam edəcək.

Xəbər 866 dəfə oxundu.