Həndbolçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar
Həndbolçularımız Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Həştərxanda ikiqat Olimpiya çempionu Vasili Kudinovun xatirəsinə həsr olunan yarışda 2002-2003-cü il təvəllüdlü oğlanlar bacarıqlarını göstəriblər.

Azərbaycan seçməsi 6 komandanın qatıldığı turnirdə topladığı 8 xalla ikinci yeri tutub. “Moskva-1” komandası yarışın qalibi olub. “Sankt-Peterburq-1” kollektivi isə üçüncü pillədə qərarlaşıb.
Qeyd olunub ki, komandamızın xatirə turnirində iştirakı Monteneqroda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

AZƏRTAC

Xəbər 897 dəfə oxundu.