Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada Avropa kuboku turnirində iştirak edirlər
Antalyada Azərbaycanın yeniyetmə cüdoçularının da qatıldıqları Avropa kuboku turniri start götürüb.

Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 32, qızların yarışında isə 13 cüdoçu təmsil edir. Komandamızın heyətində bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları da yer alıblar.

Avropa kuboku yarışlarında 16 ölkədən 500-dən çox cüdoçu iştirak edir.


Xəbər 1071 dəfə oxundu.