Gimnastımız Macarıstanda bürünc medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə “Gracia Fair Cup” adlı beynəlxalq turnir keçirilib.

Turnirdə ölkəmizi bədii gimnastika üzrə yığma komandamızın üzvləri Leyli Ağazadə və Lalə Qebəybəyova təmsil ediblər.

Bu il iştirak etdiyi ilk beynəlxalq yarışda L.Ağazadə medal əldə etməyi bacarıb. O, çoxnövçülüyün nəticələrinə əsasən bürünc medal qazanıb. Onun komanda yoldaşı L.Qebəybəyova isə çoxnövçülükdə altıncı olub.


Xəbər 807 dəfə oxundu.