Azərbaycanın U-19 komandası yoxlama oyunlarında gücünü sınayıb
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib.

Ötən gün “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurublar.

Bu gün “Neftçi-2” komandası ilə keçirilmiş görüş yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Seçmənin heyətində Camal Cəfərov fərqlənib.

Xəbər 688 dəfə oxundu.