Taekvondo üzrə açıq Bakı birinciliyinə start verilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinə həsr olunan açıq Bakı birinciliyinə start verilib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən yarışlarda respublikada fəaliyyət göstərən 49 klub və bölmələrdən 750-dək uşaq, yeniyetmə və gənc taekvondoçu iştirak edir.

Üç gün davam edəcək birincilikdə 2009-2011-ci, 2006-2008–ci və 2003-2005-ci il təvəllüdlü idmançılar mübarizə aparırlar.
"DAEDO International" taekvondo sistemi üzrə keçirilən turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif olunacaqlar.


Xəbər 932 dəfə oxundu.