Xüsusi Olimpiya Komitəsinin hesabat-seçki konfransı keçirilib
Fevralın 28-də Bakı İdman Sarayında Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Komitənin səlahiyyətli nümayəndəsi və prezidenti Şahin Əliyev komitənin sədri və baş idarəedicisi vəzifəsinə seçilib.

Komitənin prezidenti vəzifəsinə qurumun vitse-prezidenti, Milli Məclisin deputatı Fazil Mustafanın namizədliyi konfrans iştirakçıları tərəfindən dəstəklənib.

Eyni zamanda, hesabat-seçki konfransında nəzarət-təftiş komissiyasına da üzvlər seçiliblər.

Xəbər 1073 dəfə oxundu.