Emil Balayev Norveçin “Bude-Qlimt” klubunda baxışdadır
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Norveçin “Bude-Qlimt” klubunda baxışdadır.

Komandanın qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad E.Balayevin son illər Qazaxıstan və Azərbaycanda yaxşı təcrübə qazandığını bildirib.

Məşqçi qeyd edib: “Emil Balayev Avropa çempionatının seçmə mərhələsi də daxil olmaqla, Azərbaycan millisinin beynəlxalq oyunlarında iştirak edib. Biz bir müddətdir ki, onu izləyirik və məşqdə yaxından görmək üçün buraya dəvət etdik”.

Qeyd edək ki, Emil Balayev qış fasiləsində Qazaxıstanın “Tobol” klubundan ayrılıb.

Xəbər 659 dəfə oxundu.