"Atletiko Baku” futzal komandası “Ajara Cup 2020”yə qələbə ilə başlayıb
“Atletiko Baku” futzal komandası Gürcüstanda keçirilən “Ajara Cup 2020” beynəlxalq turnirinə qələbə ilə başlayıb.

Turnirdə Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə və Ukrayna komandaları da birincilik uğrunda mübarizə aparırlar.

Bakı təmsilçisi Ukraynanın "Ternopol" komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Komandamızın heyətində Musa Musazadə (qapıçı), Mahmud Şirəliyev, Gökhan Kartal, Həsən Camalzadə, Vasif İsmayılov, Eyyub Əfəndiyev, Mehdi Əzimzadə (kapitan) və Sumray Kazımov yer alıblar.

Xəbər 659 dəfə oxundu.