Gənc azərbaycanlı şahmatçı “Aeroflot open” festivalının qalibi olub
Azərbaycanın gənc şahmatçısı Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalında parlaq qələbəyə imza atıb.

Festivalın güclü A turnirində 9 turdan 6,5 xal toplayan Aydın Süleymanlı festivalın qalibi olub. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə üçüncü yeri tutub. A turnirində digər şahmatçımız Vüqar Əsədli 6 xalla altıncı pillədə qərarlaşıb.

Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə 6,5 xalla dördüncü olub.

Xəbər 956 dəfə oxundu.