Boks üzrə 2021-ci ildə keçiriləcək dünya çempionatı Serbiyada təşkil olunacaq
Kişilər arasında 2021-ci ildə keçiriləcək boks üzrə dünya çempionatının baş tutacağı şəhər bəlli olub.

Dünyanın ən güclülərinin mübarizə apardığı çempionat Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Qeyd edək ki, sonuncu mundial 2019-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş tutub.

AZƏRTAC

Xəbər 873 dəfə oxundu.