Gənc qılıncoynadanlarımız Avropa çempionatında mübarizəyə başlayıblar
Fevralın 27-də Azərbaycanın gənc qılıncoynadanları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıblar.

Oğlan şpaqaçıların yarışında ölkəmizi Ruslan Həsənov, Xalid Əliyev, Fərrux Səfərov və Barat Quliyev təmsil edirlər. Qitə çempionatında qızların sablya yarışlarında Aysel Əhədova iştirak edir.

Avropa çempionatına martın 2-də yekun vurulacaq.

Xəbər 888 dəfə oxundu.