Mərakeşdə keçiriləcək Qran-Pridə Azərbaycanı 14 cüdoçu təmsil edəcək
Martın 6-8-də Mərakeşin Rabat şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (10 kişi, 4 qadın) təmsil edəcək. Belə ki, kişilər arasında cüdoçularımız Kəramət Hüseynov, Yusif Əhmədov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) yarışacaqlar. Qadınların mübarizəsində isə Leyla Əliyeva, Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) güclərini sınayacaqlar.

Yarışda indiyədək 95 ölkədən 611 cüdoçu iştirakını təsdiqləyib.


Xəbər 873 dəfə oxundu.