Azərbaycan Premyer Liqasının XVIII turunun rəmzi komandası açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun rəmzi komandası müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında müəyyənləşən rəmzi komandaya “Keşlə”dən 7, “Qarabağ”dan 3 və “Neftçi”dən bir futbolçu düşüb.
Simvolik heyətdə Stanislav Namaşko (“Keşlə”), Anton Krivotsyuk (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Miyusko Boyoviç (“Keşlə”), Cabir Əmirli (“Keşlə”), Abdulla Zubir (“Qarabağ”), Con Kamara (“Keşlə”), Pərviz Azadov (“Keşlə”), Şahrux Qadoyev (“Keşlə”), Mahir Emreli (“Qarabağ”) və Aleksandr Kristovao (“Keşlə”) yer alıblar.

Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.

Turun növbəti oyunları fevralın 29-da və martın 1-də keçiriləcək.

Xəbər 682 dəfə oxundu.