Avro-2012: Cahangirlərin döyüşündə qalib müəyyənləşməyib
Bu gün Avro-2012-də «C» qrupunda mübarizəyə start verilib. İdman.com.az saytının məlumatına görə, son Avropa və dünya çempionu İspaniya millisi qitənin digər nəhəngi İtaliya yığması ilə üz-üzə gəlib. Cahangirlərin döyüşündə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir qol vurmaqla kifayətləniblər.
Qrupun favoritlərinin ardınca İrlandiya və Xorvatiya seçmələri meydana çıxacaqlar. «A» qrupunda olduğu kimi, bu qrupun oyunları da Polşada keçiriləcək.

10 iyun
Avro-2012. Final mərhələsi

I tur
«C» qrupu

21:00. İspaniya - İtaliya - 1:1
Qol: Fabreqas, 64 - di Natale, 61
Baş hakim: Viktor Kassai (Macarıstan)
Qdansk. “PGE-Arena” stadionu

Xəbər 982 dəfə oxundu.