Cüdoçularımız Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında iştirak ediblər
Beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında olublar.

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə dörd gün ərzində keçirilən təlim-məşq toplantısında aparıcı idmançılarımız iştirak ediblər. Toplantıya Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları da qatılıblar.

Ümumilikdə, Düsseldorf toplanışında 86 ölkədən 800-dən çox cüdoçu iştirak edib.

Xəbər 1070 dəfə oxundu.