“Aeroflot open” festivalının sonuncu turunda Rauf Məmmədov və Aydın Süleymanlı qarşılaşırlar | |
Fevralın 27-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının doqquzuncu turunun oyunları keçirilir. Festivalın sonuncu turunda A turnirində mübarizə aparan şahmatçılarımızdan Rauf Məmmədov və Aydın Süleymanlı qarşılaşırlar. Ötən turlarda uğurla çıxış edən təmsilçilərimiz 6 xalla turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. Bu turnirdə digər şahmatçılarımız - Vüqar Əsədli çinli Cou Ciançao, Vasif Durarbəyli Hindistan təmsilçisi Raunak Sadhvani, Abdulla Qədimbəyli isə türkiyəli Vahap Sanal ilə mübarizə aparırlar. Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə rusiyalı Yevgeni Levin ilə qarşılaşır. Turnirdə V.Əsədli 5, V.Durarbəyli 4,5, A.Qədimbəyli isə 4 xal qazanıblar. B turnirindəki təmsilçimiz M.Muradlı 5,5 xalla səkkizinci yeri tutur. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. |
|
Xəbər 777 dəfə oxundu. |
|
|