Simau «Benfika»dan ötrü darıxıb
Yeni mövsümün əvvəlində «Beşikdaş»la yollarını ayırması gündəmdə olan Simau Sabrosa Portuqaliya mətbuatına etdiyi şərhdə 2001-2007-ci illər arasında formasını geydiyi «Benfika»ya dönə biləcəyinə işarə edib. 32 yaşlı futbolçu 2010-2011-ci illər mövsümünün dövrə arasında Madrid «Atletiko»sundan 1,9 milyon avro ödəniş qarşılığında «Beşikdaş»a transfer olunmuşdu.

İdman.com.az saytı məlumat verir ki, yarımmüdafiəçinin son ilyarımda ondan gözlənilən oyunu göstərməməsi və yüksək illik ödənişi klub rəhbərliyini təcrübəli oyunçunu komandadan göndərmə qərarı barədə düşünməsinə səbəb olub.

Simau dünən Portuqaliya mətbuatına verdiyi müsahibəsində «Benfika»dan ötrü darıxmışam. Orada çox gözəl 6 ilimi keçirmişəm. Daha sonra Madrid «Atletiko»sunda və «Beşikdaş»da forma geyindim. Ancaq indi «Benfika»ya yenidən dönmək üçün bəzi fədakrlıqlar edə bilərəm. Maddi mövzular bir şəkildə həll edilə bilər» - deyib.

Xəbər 947 dəfə oxundu.