Yeniyetmə qılıncoynadanlar arasında Avropa çempionatına yekun vurulub
Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında qılıncoynatma üzrə Avropa çempionatına yekun vurulub.

Çempionatın sonuncu yarış günündə sablya, şpaqa və rapira silah növləri üzrə komanda yarışları keçirilib.

Oğlan sablyaçıların komanda yarışında Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədovdan ibarət kollektiv Fransa komandası ilə qarşılaşıb. Millimiz Avropa çempionu adını qazanan fransalı həmkarlarına 31:45 hesabı ilə məğlub olub. Sablyaçılaırmız komanda yarışının yekun sıralamasında 12-ci pillədə qərarlaşıblar.

Yeniyetmə qız şpaqaçılarımız isə müvafiq silah növü üzrə komanda yarışında Böyük Britaniyanı təmsil edən kollektivə 30:45 hesabı ilə uduzub. Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız yekun sıralamada turniri 19-cu sırada başa vurub.

Xəbər 882 dəfə oxundu.